Dünya

ABŞ rəsmisi: “Rusiya ilə müharibə qaçılmazdır”

ABŞ rəsmisi: “Rusiya ilə müharibə qaçılmazdır”“ABŞ Rusiyanın Ukraynadakı dağıdıcı fəaliyyətinə son qoymaq niyyətindədir”. Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin nümayəndəsi Cen Psaki “Meduza” qəzetinə müsahibəsində söyləyib.

O, ABŞ-ın əsas məqsədinin Rusiyanı təcrid etməkdən ibarət olmadığını bildirib: “Rusiyanın bu ölkəyə müdaxiləsi qanunsuzdur və beynəlxalq ictimaiyyətin bir qolu kimi ABŞ kənarda dayanıb hər şeyi seyr edə bilməz. İndiyə qədər biz çox söz eşitmişik, amma bunların heç biri əməldə özünü göstərməyib. Biz iş gözləyirik. Vaşinqton istəyir ki, Moskva özünün davranışını dəyişsin. Aydındır ki, Rusiyanın Ukraynadakı fəaliyyəti qanunsuzdur və bu, beynəlxalq normalara ziddir. Müharibə qaçılmazdır. Rusiya öz qoşunlarını, texnikasını geri çağıra bilər və bununla da biz məsələnin sülh yolu ilə həllinə qayıtmış olarıq. Bizim üçün bu, daha məqsədəuyğundur”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button