Dünya

Erməni əsgərləri Qarabağda döyüşməmək üçün özünə qəsd edir – VİDEO

Erməni əsgərləri Qarabağda döyüşməmək üçün özünə qəsd edir - VİDEOBir neçə gün əvvəl erməni əsgərinin Dağlıq Qarabağda xidmət keçməmək üçün özünü atdığı İrəvanın Kiyevyan körpüsündən bu dəfə iki qardaş özünü ataraq intihar edib. \”Atvxəbər” bildirir ki, bu dəfə də səbəb eynidir. Hər iki qardaş Qarabağda hərbi xidmət keçməmək üçün intihara əl atıblar. Xəstəxananın həkimi bildirib ki, onları xəstəxanaya gətirəndə son nəfəsləri imiş: \”Əvvəlcə kiçik qardaş öldü, ondan 3 dəqiqə sonra böyük qardaşını itirdik. Hər ikisinin onurğa və baş beyinləri ağır zədələnmişdi”.
Ermənistanın Şirak vilayətindən olan Heham və David Şamşyan qardaşlarından biri ali məktəbi bitirdikdən sonra, digəri isə 18 yaşına çatdığı üçün hərbi xidmətə çağırılıblar. Onlara Qarabağa, ermənilərin Matahis adlandırdıqları hərbi hissəyə gedəcəkləri bildirilib. Daha əvvəl dost-tanışlarından Qarabağa getməyin nə demək olduğunu eşidən qardaşlar göz görə-görə cəhənnəm əzabı yaşamaqdansa, intiharı seçiblər və səbəbini də intihardan əvvəl yazdıqları məktubda göstəriblər: \”Dostlarımızdan biri, elə həmin hərbi hissədə dizenteriyadan ölən əsgərlə bağlı yalan ifadə verməyə məcbur edilib, ona 6 il həbs cəzası kəsildi. Belə antisanitariya və dərəbəylik olan bir yerə biz getmək istəmirik”.
İntihar edən gənclərin anaları bildirib ki, gənclər vida məktubunda \”bizdən nigaran qalma\” yazıblar: \”Baxın bu da övladlarımın məktubu. Ocağım söndü. Ana, bizdən nigaran qalma deyirlər (ağlayır).”
Ataları isə Ermənistandakı vəziyyətin dözülməzliyindən danışıb: \”İki oğlum birdən getdi. Həm də heç nədən. Biz övladalrımızı nə qədər göz görə-görə ölümə atacağıq. Buna bir son qoymaq lazımdır”.
Heham və David qardaşlarının valideynləri faktla bağlı əvvəlcə Ermənistanın məhkəmələrinə, bir nəticə əldə edə bilmədikləri təqdirdə isə Avropa məhkəməsinə müraciət edəcəklərini deyirlər.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button