Dünya
Ermənistanda sahibkarlar hökumətə ultimatum verdi
Ermənistanda hökumət fevralın 1-dən “Dövriyyədən vergi haqqında” qanunu qüvvədə saxlarsa, ölkədəki kiçik və orta biznesin nümayəndələri öz fəaliyyətlərini müvəqqəti dayandıracaqlar.
Bunu Ermənistan prezidentinin iqamətgahı qarşısındakı etiraz aksiyasının iştirakçıları bəyan ediblər.
\”Trend\”-in məlumatına görə, yanvarın 31-dən ticarətçilər sahibkarlıq fəaliyyətinin müvəqqəti dayandırılması haqqında sənədlərini vergi xidmətinə təqdim etməyə başlayacaqlar. Ərizələr bir paketə toplanaraq hökumətə təqdim olunacaq.
Loading...