Dünya
Kim Çen Inın səhhəti pisləşib – SONUNCU DƏFƏ…

Koreya Xalq Demokratik Respublikasının ( KXDR) lideri Kim Çen Inın səhhətində ciddi problem yaranıb.
Bu barədə CNN ABŞ-dakı rəsmi mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, əməliyyatdan sonra Şimali Koreya liderinin ciddi sağlamlıq problemləri özünü göstərib.
Qeyd edilib ki, Kim Çen In sonuncu dəfə ictimaiyyət qarşısında aprelin 11-də görünüb. Cənubi Koreyadakı mənbələr isə onun səhhətinin pisləşdiyini müşahidə etmədiklərini bildiriblər.
Daily NK-nin məlumatına görə isə, Kim Çen In 12-19 aprel tarixləri arasında əməliyyat keçirib və hazırda Möhyangsan dağlarında (Pxenyandan 100 km şimal-şərqdə) şəxsi mühafizəçisinin ciddi qoruması altındadır.