Dünya

İrəvanda ölən əsgər analarının növbəti fəryadı – (Video)

İrəvanda ölən əsgər analarının növbəti fəryadı - (Video)
İrəvanda ölən erməni əsgər anaları növbəti dəfə aksiya keçiriblər.

ANS PRESS-in Epress-ə istinadən verdiyi məlumata görə. analar Ermənistan ordusunun yaranmasının 23 illiyi şərəfinə təntənəli tədbir keçirlən Opera və Balet teatrının binasına hücum çəkiblər.

Analar müdafiə nazir Ohanyandan oğlanlarının ölüm işlərinin düzgün aparılmasını tələb ediblər.

\”Onlar əsgər olublar. Fəxri fərman və mükafat alıblar. Bu da onu sübut edir ki, pis əsgər olmayıblar. Onlar məmurları qoruyurdular. Ancaq elə həmin məmurlar onları öldürdülər\”, – deyə 2010-cu ildə cəbhədə ölən Valeri Muradyanın anası Nana Muradyan bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl də Ermənistanda əsgər anaları İrəvanda aksiya keçirmişdilər. Onlar prezident sarayının önündə prezident Serj Sarkisyanın şəklini ayaqlar altına ataraq tapdalamışdılar.

Yerə atılan şəkildə Serj Sarkisyanla əsgər analarının 4 il qabaq yanvarın 27-də əsgər anaları ilə görüşü təsvir edilib. Həmin görüşdə erməni prezident əsgər analarına övladlarının dinc şəraitdə həlak olmasının günahkarlarını cəzalandırmaq üçün ədalətli məhkəmə təşkil ediləcəyinə söz vermişdi. Amma Serj Sarkisyan sözünə əməl etməyib.

Həmin vaxt prezidentin qərargahından yepiskop Baqrat Srbazan da çıxıb. Qadınlar keşişi mühasirəyə alıblar. “Sən bu atasından bixəbər üçün dua edirsən?”- deyə onu təhqir ediblər.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button