Dünya
Ukrayna separatçılara ağır zərbə endirdi: 30 ölü (VİDEO)
Ukraynanın Donetsk vilayətinin Uqleqorsk şəhərində ağır döyüşlər davam edir.
ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat mərkəzi xəbər yayıb.
Xəbərdə deyilir ki, hazırda separatçılar şəhərin yalnız ayrı-ayrı rayonlarına nəzarət edirlər:
\”Uqleqorskda vəziyyət mürəkkəb olaraq qalır. Separatçılar Ukrayna ordusunun mövqelərinə və şəhərin yaşayış binalarına atəş açaraq dinc sakinlərin həyatını təhlükə altında qoymağa davam edir. Hazırda sərt döyüşlər davam edir. Terrorçular tərəfindən şəhərin tutulması haqqında yaydığı məlumat yalandır\”.
Mətbuat mərkəzinin məlumatına görə, döyüşlərdə separatçıların 30 döyüşçüsü, 11 zirehli maşını və bir tankı məhv edilib.