Dünya

BMT Ukraynada iki şəhərin əhalisini evakuasiya etməyə çağırdı

BMT Ukraynada iki şəhərin əhalisini evakuasiya etməyə çağırdı

BMT Ukrayna hərbçilərinə və separatçılara müraciət edərək münaqişə zonasında olan Qorlovka və Debaltsevo şəhərlərinin əhalisini evakuasiya etməyə çağırıb.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT Baş katibinin nümayəndəsi Stefan Düjarrik bildirib. “Bununla əlaqədar BMT-nin Ukraynadakı humanitar əlaqələndiricisi Nil Uoker dərhal atəşkəsin əldə olunmasına çağırıb. Bu, mülki şəxslərə istədikləri təqdirdə hərbi əməliyyatlar zonasını tərk etməyə, humanitar təşkilatlara isə əhaliyə yardım göstərməyə, dinc sakinlər və yaralıları evakuasiya etməyə imkan verəcək”, – deyə S.Düjarrik bildirib.

BMT rəsmisinin sözlərinə görə, dinc sakinlər silahlı toqquşmalar gedən əraziləri tərk etmək istəsələr də, səngimək bilməyən döyüşlər ucbatından bunu edə bilmirlər.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button