Uşağı öldürdülər, qohumlarına sərvət verdilər
Nyu-York hakimiyyət qüvvələri polis tərəfindən güllələnən yeniyetmənin qohumlarına 4 milyon dollar pul ayırıb.
ANS PRESS-in məlumatına görə, insident zərərçəkən Ramarli Qremin yaşadığı Bronks rayonunda baş verib.
Son dərəcə tez şübhələnməyə başlayan amerika polisinin, yeniyetmənin qayışını düzəltməyindən xoşu gəlməyib. Onlar qərara gəliblər ki, uşaq silah gizlədir. Dırnaqarası asayiş keşikçiləri yeniyetməyə yaxınlaşdıqda, o qorxusundan evə qaçmağa çalışıb.
Evin vanna otağında qarşıdurma baş verib və bu zaman iki polisdən biri yeniyetmənin sinəsinə atəş açıb. Evdə az miqdarda marixuana tapılsa da heç bir silah olmayıb.
Əlbəttə ki, bu dəfə də amerika qanunlarına əsasən yeniyetməni öldürən polis cinayət məsuliyyətinə cəlb olunmayıb.