Dünya

Ərdoğanın \”anası namaz üstəymiş\” – TERROR ALINMADI

Ərdoğanın "anası namaz üstəymiş" - TERROR ALINMADITürkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın keçəcəyi yolda olan binalardan birinin həyətində partlayış baş verib. ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, hadisə Ərdoğanın kortecinin keçməsinə yarım saat qalmış Çankaya rayonunda baş verib.

Partlayışın baş verməsi ilə polis hadisə yerinə terrorla mübarizə şöbəsinin və partlayıcını zərərsizləşdirmə qrupunun əməkdaşlarını cəlb edib. Hadisənin baş verdiyi yerdə çox sayda partlayışda istifadə olunan partlayıcı vasitələr aşkarlanıb.

Ətrafda diqqətlə axtarış aparan polislər hadisə yerində daha bir partlamağa hazır, kustar üsulla düzəldilmiş partlayıcı qurğu aşkarlayıblar.

Hadisə yerindən aşkarlanan partlayıcı qurğu və digər partlayıcı vasitələr araşdırılmaq üçün yerli polis idarəsinə aparılıb.

Daha sonra prezident Ərdoğanın korteci yoldan keçib və ölkə başçısının mühafizəçiləri hadisə yerinə qayıdaraq baş verənlər barədə polisdən məlumat alıblar.

Faktla bağlı araşdırmalar davam edir.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button