Dünya

“ABŞ-dakı iğtişaşlarda Rusiyanın əli var” – Obamanın eks-müşaviri

ABŞ-dakı etiraz aksiyaları zamanı baş verən iğtişaşlarda özgə barmağının olması və Rusiya tərəfindən maliyyələşdirilməsi mümkündür.

Savash.org Qaynarinfo-ya istinadən xəbər verir ki, bu sözləri eks ABŞ prezidenti Barak Obamanın milli təhlükəsizlik üzrə müşaviri Süzan Rays bildirib.

Fox News-un verdiyi məlumata görə, Rays dinc etiraz aksiyasını iğtişaşlara çevirmək üçün ruslar sosial şəbəkələr vasitəsilə ekstremistləri təhrik edərsə, təəccüblənməyəcəyini bildirib. O həmçinin əlavə edib ki, “ruslar bunu bu və ya digər şəkildə maliyyələşdirə bilər”, lakin o, iddialarını dəstəkləyəcək heç bir dəlil təqdim etməyib.

Xatırladaq ki, Afro-amerikalı Corc Floydun Minnesota ştatında polis tərəfindən saxlanıldıqdan sonra ölümü ilə əlaqədar bir çox şəhərlərdə geniş etiraz aksiyaları keçirilir.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists