ABŞ Kiyevi silahlandırır
ABŞ Administrasiya və ordu rəsmiləri Ukraynanı müdafiə silahları ilə təmin etməyi nəzərdən keçirir. Bu barədə \”New York Times\” qəzeti yazıb.
ANS PRESS-in məlumatına görə, nəşr bildirib ki, Kiyev hökuməti ölkənin şərqində rusiyapərəst separatçılarla mübarizə aparır. Getdikcə artan gərginlik Ukraynaya silah yardımı göstərilməsi üçün əsas yaradır.
Dövlət katibi Con Kerri, Baş Qərargah rəisi Martin Dempsey bu məsələdə israrlıdırlar. Hələlik ABŞ-ın Ukraynana hərbi yardımı qeyri-döyüş avadanlığı – zirehli geyim, gecə eynəkləri, təcili yardım, mühəndislik avadanlığı ilə məhdudlaşıb.
Qəzet yazır ki, ABŞ-ın səkkiz rəsmi şəxsinin hazırladığı hesabat bu gün yayılacaq. Hesabatda təklif olunur ki, Ukraynaya 3 milyard dollarlıq müdafiə silahları – tank əleyhinə raketlər, kəşfiyyat təyyarələri, \”Humvee\” texnikası, düşmən raketlərinin və artilleriya atəşinin yerini müəyyənləşdirən radarlar göndərilsin.