Dünya

Keşiş fahişəyə 2 milyon dollar xərсlədi (FOTO)

Keşiş fahişəyə 2 milyon dollar xərсlədi (FOTO)
Norveçdə məhkəməyə çıxarılan keşişin 7 il ərzində xeyriyyə fondunun pullarını fahişələrə xərclədiyi müəyyən edilib.

ANS PRESS-in məlumatına görə, məhkəmədə Are Blumhof etiraf edib ki, “Betanien” xeyriyyə fondunun 15 mln kron (təxminən 2 mln dollar) pulunu İspaniyadan olan fahişələrlə kef məclisinə xərcləyib. “Bu, xəstəlik, narkomaniya kimi idi”, – deyə o vurğulayıb. Blumhof etiraf edib ki, həm də içkiyə düşkünlüklə bağlı da zəifliyi var.

Bir kef gecəsində fahişələr 1,3 – 1,7 min dollara yaxın pul qazanırmışlar.

“Betanien” xeyriyyə fondunun Blunhof tərəfindən rəhbərlik edilən bölməsi Norveçin şimalında xəstəxana, uşaq bağçası və məktəblər sahibdir. Bölmənin həmçinin İspaniya sahillərində ahıllar evi və bərpa mərkəzi var.

Üç il qabaq kral Harald Are Blumhofu ordenlə təltif edib.
Keşiş fahişəyə 2 milyon dollar xərсlədi (FOTO)

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button