Dünya

Bələdiyyə başçısı həbs olundu

Bələdiyyə başçısı həbs olundu
Türkiyədə Şırnak şəhərinin bələdiyyə başçısı və 9 nəfər polis tərərfindən saxlanılıb.

ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, hadisə şəhərdə keçirilən “Öcalana azadlıq” aksiyası zamanı baş verib.

Bildirilir ki, Şırnakın Baxçalıevlər məhəlləsində separatçı Xalqın Demokratiya Partiyasının (HDP) bir qrup üzvü “Öcalana azadlıq” aksiyası keçiriblər.

Aksiyaya dəstək vermək üçün meydana gedən bələdiyyə sədri Serhat Kadirhan və onunla birlikdə olan 9 nəfər saxlanılaraq polis bölməsinə aparılıblar.

Faktla bağlı istintaq başladılıb və araşdırmalar davam edir.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button