Dünya

Yüksək rütbəli polis zabitləri həbs edildi

Yüksək rütbəli polis zabitləri həbs edildi

Gürcüstanda yüksək rütbəli polis zabitləri həbs edilib.
Məlumata görə, həbs olunanlar kriminal polisin keçmiş rəis müavini İrakli Pirtskhalava və iki keçmiş polis zabitidir.
Həbs olunan keçmiş zabitlər 2006-cı ildə Tiflisdə polisin keçirdiyi xüsusi əməliyyat zamanı öldürülən Zurab Vazaqaşvilinin qətlində şübhəli bilinirlər.
Polislərin cəzalandırılmasını tələb edən Zurabın atası Yuri Vazaqaşvili isə yanvarın 20-də oğlunun məzarını ziyarət edərkən törədilən partlayışda ölüb.
Bu hadisə ilə əlaqədar artıq 11 nəfər saxlanıb. Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidze bu hadisəyə görə istefa verib (ANS PRESS).

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button