Dünya

8 yaşlı xəstə uşaq Messi ilə görüşünə bir saat qalmış öldü

8 yaşlı xəstə uşaq Messi ilə görüşünə bir saat qalmış öldü

Kosta-Rikadan olan 8 yaşlı Qabriel kumiri – “Barselona” və Argentina millisinin futbolçusu ilə görüşünə 1 saat qalmış ölüb. Məlumatı sport.es yayıb.

Oğlan mədə xərçəngindən əziyyət çəkirmiş. O, Messi ilə görüşməyi arzulayırdı. Onun doğmaları “Barselona” ilə əlaqə yaradıblar və futbolçu ilə görüşmək üçün İspaniyaya gediblər. Görüş fevralın 1-də “Vilyarreal”la oyundan əvvəl keçirilməli idi. Lakin yeniyetmə arzusuna çatmayıb və Madrid-Barselona təyyarə reysinə minik başlamadan dünyasını dəyişib.

“Barselona” klubu Qabrielin valideynlərinə başsağlığı verib və oğlanın cənazəsinin ölkəsinə aparılması xərcini üzərinə götürüb. Messinin özünün baş verənlərə reaksiyası məlum deyil. Lakin o, fevralın 2-də komandanın məşqini şəxsi işlərinə görə buraxıb (musavat.com).

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button