İordaniyalı pilotun diri-diri yandırılmasını göstərən video yayılıb – (Foto)
İnternetdə \”İslam Dövləti\” yaraqlılarının girov götürdüyü iordaniyalı pilotun diri-diri yandırılmasını göstərən video yayılıb.
Video fevralın 3-də internetdə yerləşdirilib.
Maaz əl-Kasaeşbə ötən ilin dekabrında İordaniya Hərbi-Hava Qüvvələrinə məxsus \”F-16\” döyüş təyyarəsi Suriyada qəzaya düşərkən əsir götürülüb. Bu ölkə yaraqlılara qarşı beynəlxalq koalisiyanın təşkil etdiyi hava hücumlarında iştirak edir.
İordaniyanın hakim dairələri hələlik videonun həqiqiliyinə münasibət bildirməyib.
Bundan əvvəl İordaniya pilotun geri alınması üçün cəhdlər göstərdiyini, bununla bağlı danışıqlar apardığını bildirirdi. Mediada yayılan məlumatlara görə, İordaniya hökuməti 2006-cı ildə sui-qəsd partlayışlarına görə həbs etdiyi qadın yaraqlı Sacida əl-Rişavi ilə onu dəyişməyə cəhd edib.