Dünya

Tanınmış aktrisa divar rəngləyəcək

Tanınmış aktrisa divar rəngləyəcək
Narkotik istifadəçisi olduğu iddiası ilə hakim qarşısına çıxarılan Türkiyənin tanınmış aktrisası Selen Seyven Katırcıoğlu barəsində məhkəmə qərarını açıqlayıb.

ANS PRESS-in məlumatına görə, aktrisa barədə nəzərdə tutulan 10 aylıq həbs cəzasının elan olunması təxirə salınıb.
Bunun əvəzinə aktrisa 1 il müddətində hər gün polis bölməsinə gedib imza ataraq ağac əkmək, divar rəngləmək və s. bu kimi ictimai, faydalı əməklə məşğul olacaq.

Selen Seyven 5 il müddətində hər hansı bir cinayət işləməyəcəyi təqdirdə onun barəsində verilmiş həbs qərarı ləğv olunacaq.
15-ə yaxın serialda çəkilmiş Selen Seyveni Azərbaycan tamaşaçıları əsasən “Aşka Sürgün” serialındakı Asya obrazı ilə tanıyır. Bundan başqa aktrisa “Doktorlar” (Arzu Altındağ), “Kapalıçarşı” (Yasemin), “Avropa-Avropa” (Gül) və s. məşhur seriallarda çəkilib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button