Dünya

Ermənistanın sabiq naziri: “Qarabağ məsələsində çıxılmaz vəziyyətdəyik”

Ermənistanın sabiq naziri: “Qarabağ məsələsində çıxılmaz vəziyyətdəyik”Ermənistan 2015-ci ilə ötən ildən qalma və daha da dərinləşən problemlərlə daxil olub.

Azvision.az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə çıxışı zamanı Ermənistan parlamentinin deputatı Vardan Oskanyan bildirib.

“Ermənistan rəhbərliyi ölkədə nəyisə dəyişməyə cəhd etmir. Çünki onlar öz maraqlarına zərbə endirmək istəmirlər. Ölkənin siyasi meydanı inhisara alınıb, bu da öz növbəsində KİV-in işinin təhrif olunması ilə nəticələnib”, – deyə Oskanyan bildirib.

Ölkənin xarici siyasətinə toxunan sabiq XİN rəhbəri bəyan edib ki, Qarabağ məsələsi heç vaxt indiki kimi çıxılmaz vəziyyətə düşməyib: “Biz Rusiyanın hörmətini və Qərbin etibarını itirmişik. Yeganə yol – hakimiyyətin dəyişilməsidir. Xalqın səbri tükənib”.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button