Donetskdə “Gürcü batalyonu” ilə “”Çeçen batalyonu” üz-üzə gəldi
Atışmada 13 “kadırovçu” öldürüldü
Donetskdə hökumət qüvvələrinin tərəfindən vuruşan “Gürcü batalyonu” ilə separatçılara dəstək verən “Çeçen batalyonu” arasında silahlı toqquşma baş verib.
APA-nın “Rezonansi” qəzetinə istinadən verdiyi məlumata görə, fevralın 3-də Donetskdə baş vermiş silahlı toqquşma zamanı Ukrayna hökumətini dəstəkləyən könüllü gürcülərdən ibarət batalyon Çeçenistan rəhbəri Ramzan Kadırova sadiq olan və separatçılar tərəfindən vuruşan silahlı birləşməsinin 13 üzvünü öldürüblər. Gürcülər tərəfdən isə itki olmayıb, “Doktor” ləqəbli döyüşçü yaralanıb. Onun ikinci dəfə kontuziya aldığı bildirilir. Qeyd edək ki, bu günə kimi Ukraynada gedən döyüşlərdə iki Gürcüstan vətəndaşı – Aleksandr Qriqolaşvili və Tomaz Suxiaşvili ölüb, könüllü döyüşən 6 Gürcüstan vətəndaşı isə yaralanıb. Hazırda Ukraynada hökumət qüvvələri tərəfində 40-dək Gürcüstan vətəndaşının döyüşdüyü məlumdur.