Kemeron Sərkisyanın “soyqırım” mərasiminə dəvətini rədd etdi
Böyük Britaniyanın baş naziri Devid Kemeron “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı Ermənistanda keçiriləcək mərasimə qatılmayacaq.
Azvision.az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Böyük Britaniyanın Ermənistandakı səfiri Ketrin Liç bildirib.
Liçin sözlərinə görə, Kemerona mərasimə qatılmaq barədə dəvət ötən il çatıb. Səfir vurğulayıb ki, Kemeron “soyqırım”ın yüzilliyinin vacibliyini anlayıb və tədbirdə şəxsən iştirak edə bilmədiyinə görə təəssüfləndiyini bildirib.
Kemeronunun \”Çanaqqala döyüşünün 100 iliyi ilə bağlı tədbirlərə qatılacaqmı\” sualına cavab olaraq səfir bəyan edib ki, onun bu barədə məlumatı yoxdur. Britaniya səfiri vurğulayıb ki, Böyük Britaniyanı bu tədbirdə də yüksək səviyyədə təmsil olunacaq. Çünki Çanaqqala döyüşündə xeyli sayda Britaniya əsgəri həlak olub.