Dünya
Baş nazirlə məşhur müğənni baş-başa gəldi
Türkiyənin baş naziri məşhur müğənnilərdən birini məhkəməyə verməli olub.
ANS PRESS-in məlumatına görə, internetin aktiv istifadəçilərindən olan məşhur türkiyəli müğənni Atilla Taş “tvitter” mikrobloqundakı rəsmi səhifəsində yazdığı tvitlər səbəbilə məhkəməlik olub.
Türkiyədə iqtidar əleyhinə yazdığı fikirlərlə diqqət çəkən məşhur müğənninin 4 tviti məhkəmə tərəfindən qadağaya səbəb olub.
Bu barədə müğənninin özü sosial şəbəkədə bildirib: “Əhməd Davudoğlu tərəfindən Ankara II və V Sülh Cəza Məhkəməsinə veilmişəm. 4 tvitimə yasaq qoyulub. Vəkillərimlə danışmışam, susdura bilməyəcəklər məni”.
Daha sonra isə o, qadağa qoyulan tvitlərini yayımlayıb.