Dünya

Ərdoğan: “Məni və ailəmi ölümlə təhdid edirlər”

Ərdoğan: “Məni və ailəmi ölümlə təhdid edirlər”Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özünün və ailə üzvlərinin ölümlə təhdid edildiyini deyib.

Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə prezidenti “paralel dövlət” adlandırdığı “Gülən camaatı” üzvləri tərəfindən ölüm təhdidi aldığını açıqlayıb.

Bu şəxslərin başında Amerikada oturan Fətullah Gülənin dayandığını deyən Ərdoğan Allahın verdiyi canı Allahdan başqa heç kəsin ala bilməyəcəyini də sözlərinə əlavə edib.

“Ailəmi və məni ölümlə təhdid etməyə başlayıblar. Bununla düşünürlər ki, biz geri çəkiləcəyik. Amma səhv edirlər. Onlara səslənirəm: Allahın verdiyi bu canı Ondan başqa heç kimin almağa gücü çatmaz. Bu, mənim üçün də belədir, ailəm üçün də…” – deyə Ərdoğan bildirib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button