Dünya

ABŞ \”Hizbullah\”a 26 milyonluq silah sursat verdi

ABŞ "Hizbullah"a 26 milyonluq silah sursat verdiAmerika Birləşmiş Ştatlarının Livan Ordusuna etdiyi silah yardımı yeni sualları ortaya çıxarıb.

Avropa.info xəbər verir ki, ABŞ hökuməti dünən böyük bir mərasimlə Livan rəsmilərinə 25 milyon dəyərində silah yardımı edib.

Livan ordusuna verilən bu silah dəstəyini analitiklər və suriyalı media aktivistləri \”Hizbullaha dəstək\” şəklində şərh ediblər.

Daha əvvəllər ABŞ və İsrail əleyhinə çıxışları ilə tanınan \”Hizbullah\”ın Suriyada döyüşməyə başladıqdan sonra ABŞ tərəfindən dəstəkləndiyi və ABŞ-ın bu dəstəklə İsraili Suriyadakı müxalif qruplardan qorumaq planı olduğu bildirilir.

Digər tərəfdən ABŞ-ın bu dəstəklə Livan Ordusuna , Suriyadakı Nüsrət Cəbhəsi və digər müxalif qruplara daha aktiv vuruşmasını təmin etmək istəyində olduğu qeyd edilir.

Qeyd edək ki, dəstək üçün verilən silahlar arasında arasında 71 dənə M198 qaubitsa və 26 milyon ədəd müxtəlif kalibrdə sursat olduğu açıqlanıb.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button