Dünya
Əsəddən Ərdoğana böyük zərbə: özəl məlumatlar ələ keçirildi
Bəşər Əsədə bağlı Suriya ordusunun hakerləri Türkiyə Müdafiə Nazirliyinin, Hərbi-Hava Qüvvələrinin, Baş nazirliyin, prezidentin, Xarici İşlər Nazirliyinin rəsmi e-mail adreslərini ələ keçirib.
Virtualaz.org saytı xəbər verir ki, hakerlər adıçəkilən dövlət qurumlarının 2011 və 2013-cü illərdə gördüyü işlərlə bağlı məlumatları özlərinə bağlı saytlarda paylaşıb.
Məlumatlarda türkiyəli dövlət adamlarının və siyasətçlərin keçirəcəyi rəsmi görüşlər, qəbullar, nazirlərə yaxın mühafizəçilərin mobil telefonları, rəsmi sənədlər, dövlətin rəsmi tədbirlərinə qatılacaq qonaqların siyahısı olub.
Qeyd edək ki, hakerlər bundan əvvəl də Səudiyyə Ərəbistanının və Qətərin dövlət idarələrinin e-mail adreslərini dağıtmışdı.