Dünya

Paytaxtda parlamentin daha bir deputatı güllələndi

Paytaxtda parlamentin daha bir deputatı güllələndi

Fevralın 9-da Somalinin paytaxtı Moqadişoda “Əş-Şəbab” qruplaşmasının yaraqlıları ölkə parlamentinin deputatını öldürüblər.

Somali polisinin verdiyi məlumata görə, Abdullahi Kayyad Barrə evindən çıxaraq işə gedən zaman güllələnib. O, son bir ildə yaraqlılar tərəfindən öldürülən altıncı deputatdır.

AzərTAc TASS informasiya agentliyinə istinadla xəbər verir ki, “Əş-Şəbab” qruplaşmasının rəhbərliyi hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Qruplaşmanın nümayəndəsi Əbdüləziz Əbu Musab bütün Somali deputatlarının “öldürülmə və qaçırılma üçün qanuni hədəf” olduğunu bəyan edib. Onlar deputatları ölkə ərazisinə əcnəbi qoşunlarının soxulmasının arxasında durmaqda ittiham edirlər.

Qeyd edək ki, Somalidəki münaqişə 1990-cı ilin əvvəllərindən bəri davam edir. Hökumət qüvvələrinə Afrika ittifaqının Somalidəki sülhməramlı qüvvələrinin hərbçiləri kömək göstərsə də, “Əş-Şəbab” qruplaşması əvvəlki kimi ölkənin bir sıra ərazilərinə nəzarət edir.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button