Dünya
\”Maaşımızı Allah yox, hökumət verir\” – Çində məcburi aksiya
Çin rəsmiləri uyğurlar yaşayan bölgədə məscidlərdən mollaları meydana toplayaraq zorla rəqs etdirib.
Musavat.com-un məlumatına görə, mollaların rəqsinə “Mədəniyyət göstərisi” adı verilib. Mollalar rəqslə yanaşı “Ölkədəki sülh qəlblərə rahatlıq gətirir” şüarları da səsləndirib.
Müəllimlərə isə uşaqları dindən uzaq tutmaq üçün and içdirilib. Məmurlara gəlincə… Onlar “Maaşımızı Allah yox, Çin Komunist Partiyası verir” şüarı səsləndirməyə məcbur ediliblər.