Dünya

Rus qoşunu Ukraynaya girdi: Kiyev təlaşda…

Rus qoşunu Ukraynaya girdi: Kiyev təlaşda...Rusiya ordusunun 1,5 min nəfərlik qoşunu Ukraynaya daxil olub.

ANS PRESS xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının yaydığı məlumatda deyilir ki, Rusiya qoşununun sərhədi keçməsi qeydə alınıb:

\”1,5 min əsgər və 300 hərbi texnika, həmçinin \”Qrad\” raket sistemləri Rusiya Ukrayna sərhədini keçdilər\”, – deyə xəbərdə deyilir.

Daha əvvəl bir neçə dəfə Ukrayna Rusiyanı sərhədi pozmaqda və hərbçilərini ölkə ərazisinə keçirtməkdə ittiham edib.

Rusiya Müdafiə Nazirliyi isə bu ittihamları təkzib edir. Öz növbəsində Rusiya prezidenti Vladimir Putin Qərbi Ukraynada vəziyyətə Moskvanın müdaxiləsinin sübutlarını təqdim etməyə çağırıb.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button