Dünya

Erməni kilsəsi İsveçrə bankında gizli hesabın olduğunu etiraf etdi

Erməni kilsəsi İsveçrə bankında gizli hesabın olduğunu etiraf etdi

Erməni apostol kilsəsi İsveçrənin HSBC bankında 1,1 milyon ABŞ dolları saxladığını etiraf edib.

BBC-nin məlumatına görə, Eçmiadzin Kilisəsinin mətbuat xidməti sözügedən bank hesabının həqiqətən də vaxti ilə Katalikos II-ci Qareqinə məxsus olduğunu, onun vəfatından sonra isə sələfinə qaldığını açıqlayıb.

Qeyd edək ki, Jurnalist Araşdırmaları Beynəlxalq Konsorsiumu (ICIJ) ötən gün vergilərdən yayınmaq məqsədilə HSBC bankının xidmətlərindən istifadə edən müştərilərin siyahısını açıqlayıb.

Siyahıda Katalikos II-ci Qareqinin də adı var. ICIJ hesabatına əsasən, 2000-ci ildə açılan bu bank hesabında 2006-07 illərdə 1 milyon ABŞ dolları məbləğində vəsait saxlanılıb. Buna cavab olaraq Eçmiadzin Kilisəsinin mətbuat xidməti, Katalikosun vergi ödəyicisi olmadığını və vergi məsələlərində \”toxunulmazlıq statusuna\” malik olduğunu bəyan edib.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button