Obamanın arvadını hədələdilər: \”Səni, qızlarını və ərini…\”
\”CyberCaliphate\” “The Newsweek” jurnalına hücum etdi
Özünü \”CyberCaliphate\” adlandıran hakerlər ABŞ prezidenti Barak Obamanı və onun ailəsini hədələyib. Onlar “The Newsweek” jurnalının “Twitter” hesabını çərşənbə axşamı ələ keçirərək \”JesuIS IS\” yazıblar, bununla da “Charlie Hebdo” satirik jurnalına qətllərlə müşayiət olunan terror aktın xatırladıblar. Bu barədə ABŞ-ın “cbc.news” saytı xəbər yayıb. \”Je suIS IS\” un anlamı barədə onu deyək ki, Paris qətliamından sonra bir çox yerlərdə müsəlmanlar fransız dilində “Je suis moslem” (mən müsəlmanam) plakatları ilə mitinqlər keçirdi. Oxşar müraciətdən \”Je suis Charlie\” (Mən Charliyəm. Məhəmməd peyğəmbərin (ə) karekaturasın verən satirik fransız jurnalı nəzərdə tutulur.) jurnala dəstək verənlər də yararlanırdı. Hakerlər həmin məşhur deyimləri fransızcadan “Mən İŞİD-əm” kimi tərcümə oluna biləcək deyimlə əvəz ediblər.
Maraqlıdır ki, bu haker qrupu ötən ay Pentaqonun sosial şəbəkələrdəki səhifələrin işğal etmişdi. Bu dəfə isə hakerlər belə yazıblar: “Qanlı Valentin günü. Mişel Obama! Biz səni, sənin qızlarını və ərini nəzarətdə saxlayırıq!”
“Newsweek” \”CyberCaliphate\”in bu müdaxiləsini 14 dəqiqədən sonra aradan qaldırıb. Hakerlər mesajlarında onu da bildiriblər ki, Müsəlman Dünyasında ABŞ-ın yeritdiyi dağıdıcı siyasətə cavab zərbəsi endirmək niyyətindədirlər.
“Siz bizim Suriya, İraq və Əfqanıstandakı qardaşlarımızı öldürdüyünüzə görə biz sizin milli kiber təhlükəsizlik sisteminizi daxildən çökdürəcəyik”, hakerlərin mesajında deyilir.
Hakerlər “qəhrəman mücahid”lərin adlarını da işğal etdikləri səhifəyə yerləşdiriblər.
rup “Twitter” və “YouTube”da ABŞ Mərkəzi Komandanlığına məxsus səhifələrin də məhz onlar tərəfindən ələ keçirdiklərin də etiraf edib. Hakerlər ABŞ-ın hava zərbələrinə hədəf olan İŞİD-ə rəğbətlərin də açıq şəkildə dilə gətiriblər.
ABŞ-ın Təhlükəsizlik və Kəşfiyyat xidmətindəki yüksək vəzifəli şəxslər bildiriblər ki, onlarda \”CyberCaliphate\” adlı qrup haqqında heç bir məlumat yoxdur.
Sayt bildirir ki, bu kimi hücumlar, xüsusən Şimali Koreyanın “ Sony Pictures” kinostudiyasına hücumundan sonra ABŞ-da kiber-hücumlarla bağlı narahatlıq artıb və artıq prezident Obama belə təhlükələrdən sığortalanmaq üçün müvafiq addımların atılmasına göstəriş verib.
Elbəyi Həsənli