Dünya

Obamadan Putinə son xəbərdarlıq

Obamadan Putinə son xəbərdarlıq“Minskdə sülh imkanını əldən verməyin”

“Radio Free Europe”a “Agence France-Presse“ və “ Reuters”ə istinadən xəbər verir ki, Ağ Ev bildirib ki, president Barak Obama Rusiya prezidenti Vladimir Putinlə fevralın 10-da Ukraynanın şərqindəki vəziyyətlə bağlı telefon danışğı aparıb.

Obama Putinə xəbərdarlıq edib ki, konfliktlə bağlı sülhə nail olmaq zəruridir. Obama Putinə deyib ki, ABŞ Ukraynanın suveren haqlarını tanıyır və istərdi ki, Rusiya Minskdə keçiriləcək danışıqlarda sülh imkanını əldən verməsin.

Obama açıq şəkildə bildirib ki, Rusiya rusiyapərəst separatçılara dəstək verdikcə, onun itkilərinin dəyəri yüksələcək.

Obama ABŞ-ın Ukraynaya silah vermək haqqında düşüncələrinə də işarə vurub və bildirib ki, Vaşinqton hələ belə bir qərar verməyib.

Elbəyi Həsənli

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button