Dünya
Rusiya təyyarələri Ukraynanı bombaladı
Ukraynanın \”Azov\” batalyonu Rusiyanı Debaltçevo ətrafında aviasiyadan istifadədə ittiham edib.
ANS PRESS-in məlumatına görə, bu haqda \”Azov\” batalyonu Facebook səhifəsində xəbər verilib.
Ukrayna könüllülərindən ibarət \”Azov\” batalyonunun nümayəndələri Rusiyanın Debaltçevo ərazisində aviasiyanı tətbiq etdiyini və 40-cı batalyonun mövqelərinə zərbələr vurduğunu bildirib.
\”Rusiya Hərbi Hava Qüvvələrlərinin iki Su-25 hücum təyyarəsi 20 dəqiqə əvvəl Debaltçevo ərazisində Novoqriqorevkada 40-cı batalyonun mövqelərinə aviazərbələr endirdi\”, – xəbərdə bildirilir.
Qeyd edək ki, Ukrayna tərəfi iddia edir ki, ölkənin şərqində Rusiyaya məxsus Su-25 bombardmançı təyyarəsini vurublar