Dünya

Sərkisyan etiraz edən əsgər analarını polisə döydürdü – (Video)

Sərkisyan etiraz edən əsgər analarını polisə döydürdü - (Video)

Fevralın 11-də Ermənistan prezidentinin iqamətgahı qarşısında qeyri-döyüş şəraitində ölən erməni hərbçilərinin anaları piket keçirməyə cəhd ediblər.

Musavat.com-un erməni qaynağına istinadən verdiyi xəbər görə, piketçilər ötən ilin noyabrında prezident Serj Sərkisyana göndərdikləri məktuba cavabın nəyə görə gecikdirildiyini bu yolla bilmək istəyiblər. Lakin iqamətgahın giriş qapısında duran nümayişçilərə mühafizə polisi zor tətbiq edib.

Polis əməkdaşları əsgər analarından əvvəlcə küçənin digər tərəfinə keçməyi tələb ediblər. Tələb yerinə yetirilmədikdə isə güc tətbiq ediblər. Bu zaman etirazçı qadınlardan biri özündən gedib.

Valideynlər polisin hərəkətləri ilə bağlı məhkəməyə şikayət edəcəklərini bildiriblər.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button