Dünya

Həbsdə olan jurnalistlər azadlığa buraxıldı

Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Misirdə 400 gündən çoxdur ki, həbsdə saxlanılan Əl-Cəzirə telekanalının jurnalisti Məhəmməd Fəhmi 29 min avro girov müqabilində azadlığa buraxılıb.

Misir hökuməti Fəhmini ölkədə fəaliyyəti dayandırılan “Müsəlman Qardaşlığı” partiyası ilə əməkdaşlıq etməkdə, mediyada təşkilat üzvlərinin sözünü deməkdə ittiham edir.

Fəhmi və onunla birlikdə həbs olunan telekanalının digər əməkdaşı Baxər Məhəmməd bir qədər əvvəl apelyasiya məhkəməsinə müraciət etmişdi. Juranlistlərin işinə dair növbəti məhkəmə prosesi fevralın 23-ünə kimi təxirə salınıb.

Jurnalistlərin saxlanılması rəsmi Qahirəyə qarşı beynəlxalq təzyirlərin artmasına səbəb olub. Tənqidçilər hökuməti ölkədə söz və ifadə azadlığını məhdudlaşdırmaqda ittiham edirlər.

Hər iki jurnalist 7 və 10 il olmaqla azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button