Dünya

Parlamentdə bir gündə iki əlbəyaxa – (Fotolar)

Parlamentdə bir gündə iki əlbəyaxa - (Fotolar)

Dünən Ukraynanın Ali Radasında \”Samopomoş\” hərəkatından olan deputat Yeqor Sobolyov və \”Batkivşina\” hərəkatından olan deputat Vadim İvçenko \”Yenidən tənzimlənmə haqqında\” qanun layihəsinin müzakirəsi zamanı əlbəyaxa olublar.

UNİAN bildirir ki, müzakirələr zamanı Sobolyov İvçenkonu vurmaq istəyəndə cavab zərbəsi alıb.

Münaqişə zamanı Ali Radanın vitse-spikeri Andrey Parubiy millət vəkillərinə müraciət edərək reqlamenti pozmamağa çağırıb.

İclasda fasilə zamanı isə Sobolyov və İvçenko dəhlizdə dalaşıblar. Davaların səbəbi Ali Radanın Korrupsiya ilə mübarizə komitəsinin iclasında Sobolyovun: \”Burada bəzi parlamentarların aşkar korrupsiya maraqlarının təmin olunması üçün qanun layihələri mütəmadi olaraq müzakirə edilir\”, – söyləməsi olub. İvçenko düşünüb ki, deyilənlər ona ünvanlanıb (milli.az).
Parlamentdə bir gündə iki əlbəyaxa - (Fotolar)

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button