Dünya

Hüsnü Mübarək bağışlandı, Misir qarışdı – (Video)

Hüsnü Mübarək bağışlandı, Misir qarışdı - (Video)Misirdə məhkəməsinin Hüsnü Mübarəkə bəraət qazandırmasından sonra ölkə əhalisi demək olar ki, iki yerə bölünüb.

2011-ci ilin iğtişaşları zamanı ölən etirazçıların yaxınlarının qəzəbinə səbəb olan qərar onların küçələrə çıxması ilə nəticələnib. Misir polisinin müdaxiləsindən sonra vəziyyət daha da gərginləşib. Təhlükəsizlik qüvvələri minlərlə insanı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

“Associated Press”in məlumatına görə, polis qüvvələri etiraz aksiyasına ölkədə fəaliyyəti qadağan olunmuş “Müsəlman Qardaşlığı” hərəkatının üzvlərinin qoşulmasından sonra müdaxilə edib. Qahirənin mərkəzində baş verən toqquşmalarda iki nəfərin həlak olduğu, 30 nəfərin isə həbs olunduğu deyilir. /ANS/

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button