Dünya

ABŞ-da güllələnən müsəlman tələbələr dəfn olundu – (Foto)

ABŞ-da güllələnən müsəlman tələbələr dəfn olundu - (Foto)

ABŞ-ın Şimali Karolina ştatında bu həftə güllələnmiş 3 müsəlman tələbə dəfn olunub. Dəfnə minlərlə adam qatılıb.

23 yaşlı Deah Shaddy Barakat və 21 yaşlı Yusor Mohammad Abu-Salha yenicə ailə qurmuşdular. Onlar, Yusor-un 19 yaşlı bacısı Razan Mohammad Abu-Salha ilə birlikdə fevralın 10-da güllələniblər.

Qonşuları, 46 yaşlı Craig Stephen Hicks qətldə ittiham olunaraq saxlanıb. İlkin səbəb parkinqə görə mübahisə göstərilir. Ancaq müstəntiqlər dini nifrət amilini araşdırırlar.

Hicks facebook səhifəsində özünü qatı ateist kimi təsvir edib, xristianlığı, islamı tənqid edən postlar yerləşdirib.

Qurbanların ailələri isə hücumu dini motivli sayır və nifrət cinayəti kimi araşdırılmasını istəyir (Azadlıq Radiosu).

Bundan əvvəl öldürülən 3 müsəlman gənc üçün mərasim təşkil edilib. Mərasimə yüzlərlə insan qatılıb. Gəncləri öldürən 46 yaşındakı Craig Stephen Hicks isə həbs edilib. Polis qətldə din faktorunun olub-olmamasını araşdırır.
ABŞ-da güllələnən müsəlman tələbələr dəfn olundu - (Foto)

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button