Dünya

“4-5 aya sülh əldə oluna bilər” – Öcalan

“4-5 aya sülh əldə oluna bilər” - ÖcalanPKK-nın həbsdə olan lideri Türkiyə hökumətinə açıq mesajlar verib

PKK-nın həbsdə olan lideri Abdulla Ocalan Türkiyə hökümətinə açıq mesajlar verib. ANS PRESS-in məlumatına görə, terrorçu təşkilatın lideri bildirib ki, Türkiyə kürdlərin hüquqlarını təmin etsə, Ankara ilə sülh qarşıdakı bir neçə ay ərzində əldə oluna bilər.

Bu gün açıqlanan bəyanatda Abdulla Öcalan deyib ki, 40 mindən çox insanın ölümünə səbəb olmuş və Türkiyəcənub-şərqində öz dövlətinin qurulmasını tələb edən 30 illik üsyançı kürd hərəkatına son qoya biləcək danışıqlar üçün çərçivə razılığı var.

İstanbul yaxınlığında ada həbsxanada Öcalanı ziyarət edən Kürdpərəst qanunvericilər daha sonra bu bəyanatı açıqlayıblar.

Onlar Öcalana istinad edərək bildirib ki, Türkiyə hökuməti və kürdlər “davamlı, məsuliyyətli və dəqiq konteksdə” danışıqlar aparır və məsələr əsas demokratik həllini 4-5 ay ərzində tapa bilər.

Öcalan dövlət rəsmiləri ilə danışıqlarının detallarını açıqlamayıb, ancaq deyib ki, danışıqlara dair çərçivə razılığı barədə əlavə məlumat qarşıdakı günlərdə açıqlanacaq.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button