Dünya
Ağ Evdə cümə namazı qılındı – (Video)
ABŞ-ın paytaxtı Vaşinqtonda prezidentin rəsmi iqamətgahı Ağ Evin qarşısında cümə namazı qılınıb.
ANS PRESS-in məlumatına görə, cümə namazının təşkilatçıları bu addımları ilə diqqəti bir neçə gün əvvəl atesit tərəfindən qətlə yetirilən 3 günahsız müsəlmanın ölümünə cəlb etməyə çalışıblar.
Havanın kəskin soyuq olmasına baxmayaraq kütləvi ibadətdə 200 mömin iştirak edib və öldürülən 3 müsəlman üçün dualar oxunub.
Orada açıqlama verən təşkilatçılar ABŞ-da müsəlmanların özlərini təhlükəsizlikdə hiss etmədiklərini, islamafobiyanın təhlükəli səviyyəyə çatdığını bildirərək 3 müsəlmanın ölümünün “nifrət cinayəti” çərçivəsində araşdırılmasını tələb ediblər.
Loading...