Dünya

İŞİD-dən xristianlara şok hədə

İŞİD-dən xristianlara şok hədəİŞİD terrorçu qruplaşması bütün dünyada yaşayan xristianları hədələyib.

ANS PRESS-in məlumatına görə, bu barədə terrorçular rəsmi internet saytlarında \”Xristianlara qanla yazılmış müraciət\” adlı videoçarx yerləşdiriblər.

Videoda qara rəngli paltarda olan adamlar dəniz qırağı ilə 20-ə yaxın girov aparırlar. Ehtimal edilir ki, terrorçular Liviya ərazisində, Tripolidə Aralıq dənizi sahillərində irəliləyirlər.

Xəbərdə bildirilir ki, İŞİD-çilər əlində olan girovlar Misirdə kilsənin nümayəndələridir. Videoda terrorçu bildirir ki, onlar Liviyada geniş ərazilər ələ keçiriblər.

İŞİD-çi çıxışında onu da bildirir ki, dənizin o biri tərəfində yaşayan xristianları da məhv edəcəklər. Bundan sonra terrorçular girov götürdükləri xristianların başlarını kəsiblər.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button