Dünya

“Biz ona nə məsləhət verək ki…”- Kreml Lukaşenkodan imtina edir?

İstənilən məsləhət başqa bir ölkənin işlərinə qarışmaq cəhdidir. Bunu isə Moskva heç vaxt etməyib və etməyəcək.

Bunu Belarus prezidenti Aleksandr Lukaşenkoya respublikadakı etirazlarla əlaqədar məsləhət verməkdən imtina edən Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

“Biz əvvəlkitək bu hadisələrə müdaxilə etmək fikrində deyilik və hesab edirik ki, bu hadisələrə heç kim müdaxilə etməməlidir”,- deyən Peskov, əlavə edib ki, digər ölkələr də baş verənlərə qarışmamalıdır.

Rusiya prezidentinin mətbuat katibi “Kremldə Lukaşenkoya nə məsləhət verə bilərdilər?” sualını belə cavablandırıb. Peskov vurğulayıb ki, sözügedən sual təxribat xarakterlidir.

Qeyd edək ki, ötən bazar ertəsi günü bir sıra Belarus universitetlərində etiraz aksiyaları başlamışdı. Sosial şəbəkədə Yakub Kolos Meydanı və İstiqlal prospekti ərazisində keçirilən tələbə yürüşü zamanı sərt həbsləri görüntüləyən videoçarxlar paylaşılmışdı.

Xatırladaq ki, 25 oktyabrda müxalifət lideri Svetlana Tixanovskayanın Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı irəli sürdüyü ultimatumun müddəti başa çatdı. O, prezidentin istefasını, təhlükəsizlik qüvvələrinin zorakılığa son qoymasını və siyasi məhbusların azadlığa buraxılmasını tələb etmişdi.

Tərcümə etdi: Selcan

Sfera.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists