Dünya

Lukaşenko DİN rəhbərini işdən çıxardı – Yeni təyinat

Belarus Prezidenti Aleksandr Lukaşenko yeni Daxili İşlər naziri təyin edib, həmçinin güc strukturlarında bir sıra kadr dəyişiklikləri həyata keçirib.

Lukaşenko Daxili İşlər naziri Yuri Karaevi istefaya göndərib və onun yerinə Minsk Şəhər İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsinin rəisi İvan Kubrakov təyin olunub.

Yuri Karayev isə Lukaşenkonun Qrodno bölgəsi üzrə köməkçisi vəzifəsinə gətirilib.

Bundan əlavə, Belarus Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri Valeri Vakulçik Brest bölgəsi, Aleksandrr Barsukov isə Minsk bölgəsi üzrə Prezidentin köməkçisi təyin olunub.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists