Dünya

37 il əvvəl həbsxanadan qaçan dustaq həbs edildi

37 il əvvəl həbsxanadan qaçan dustaq həbs edildiNyu-York polisi 37 il qaçaq düşən 64 yaşlı Uolter Milleri həbs edib.

ANS PRESS-in məlumatına görə, 1977-ci ildə Miller bank soyduğuna iki dəfə cəhd etdiyinə 30 il həbs cəzası çəkib. Sonra o qaçıb və o vaxtdan başqa ad altında Nyu-Yorkun Bruklin rayonunda yaşayıb.

1985-ci ildə Miller evlənib və nəticədə dörd uşağı dünyaya gəlib. Milleri evində həbs ediblər. Səhər tezdən Federal Təhlükəsizlik Bürosunun əməkdaşları və polislər onun evinə basqın edərək yaşlı kişini yaxalayıblar. Yaxın günlərdə Miller məhkəmə qarşısında duracaq.

Millerin ailəsi onun keçmişi haqqında şübhələnməyib. Nümunəvi ər və ata bir neçə işdə işləyib və daim kilsəyə gedib. Onun qaçaq düşdüyü barədə yalnız Şimali Karolinada yaşayan bacısı bilib.

Polislərin Millerin izinə necə düşdüyü məlum deyil.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button