Dünya

Uşaqları qəfəsə saldılar (FOTO)

Uşaqları qəfəsə saldılar (FOTO)
Suriyada Bəşər əsəd zülmünə diqqət çəkmək üçün qeyri-adi aksiya keçirilib. ANS PRESS-in məlumatına görə, suriyalı aktivistlər və uşaqlar qəfəsə giriblər.

Onlar İŞİD-ın qəfəsin içində diri-diri yandırdığı iordaniyalı pilot Muaz əl Kesasibənin qan donduran edamına bənzər səhnə yaradıblar.

Uşaqlar terrorçuların qurbanlarına geyindirdikləri kimi narıncı geyimdə olublar. Qəfəs isə Suriyanın dağıntılara məruz qalan Douma şəhərində aşan binaların yaxınlığında qoyulub.

\”Daily Mail\”də yer alan məlumata görə, aksiyada qəfəsin yaxınlığında əlində məşəl olan bir nəfərdə olub.

Qəfəsin içərisində ən kişiyi 3 yaşında olan uşaqların əllərində \”Uşaq ölümlərini dayandırın\” yazılan plakatlar tutublar.

Aksiyada həmçinin dünyanın İŞİD-la mübarizə fonunda Suriyaya daha az diqqət ayırması da qınanıb.
Suriyalı aktivistlərin aksiyada uşaqların istifadəsi bəzi hüquq müdafiəçilərinin etirazına səbəb olub.

Suriya İnsan Haqları müşahidə şurasının məlumatına görə, aksiyanın keçirildiyi Douma şəhərində fevral ayaında hava hücumları nəticəsində 180 mülki şəxs ölüb ki, onlardan 55-i qadın və uşaqdır.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button