Dünya

Zelenski koronavirusa yoluxdu – Foto

Ukrayna prezidenti Vladimir Zelenskidə COVID-19 aşkarlanıb.

Savash.org xəbər verir ki, bu barədə dövlət başçısı “Telegram”da özü bildirib. Koronavirus testinin nəticəsinin müsbət olduğunu deyən dövlət başçısı özünü yaxşı hiss etdiyini deyib.

“Dünyada COVID-19-un təhlükə törətmədiyi xoşbəxt yoxdur. Bütün karantin tədbirlərinə baxmayaraq, mən də müsbət (koronavirus testi-red) nəticə aldım”, – deyə Zelenski yazıb.

Dövlət başçısı əlavə edib ki, indi hərarəti 37,5-dir. “Özümü yaxşı hiss edirəm. Təcrid edilməyə söz verirəm və işləməyə davam edirəm, – Ukrayna lideri qeyd edib. 

Zelenski koronavirusa yoluxdu - Foto
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists