Dünya

Erməni deputat Arman Abovyan: “Bu, tamamilə biabırçılıqdır. Paşinyan getməlidir”

“Çiçəklənən Ermənistan” fraksiyasında imzaların toplanması başa çatıb, düşünürəm ki, “Parlaq Ermənistan” fraksiyası da imza atacaq, bundan sonra parlamentin növbədənkənar iclası çağırılacaq.

Bunu “Çiçəklənən Ermənistan” fraksiyasının katibi Arman Abovyan parlamentin həyətində toplanan jurnalistlərə və insanlara bəyanatında deyib.

Fövqəladə iclasın məqsədi nə olduğu sualına Arman Abovyan cavab verdi: “Məgər, ölkədə nə baş verdiyinini bilmirsiniz?”

“Hökumət, Nikol Paşinyan getməlidir. Bu gün, 45 günlük müharibənin tamamilə rüsvayçılığa səbəb olduğu bir vəziyyət meydana gəldi. Yalnız bir şeyi başa düşdük ki, bu hökumət heç bir məsələni həll edə bilmir”, – deyə o əlavə edib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists