Dünya

Erməni tərəfi üçtərəfli bəyanata əməl etmək istəmir

Ermənistan ictimaiyyəti Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş nazirinin birgə imzaladığı bəyanatı qəbul etmək istəmir.

Savash.org xəbər verir ki, Paşinyanın bəyanatı imzalaması xəyanət kimi dəyərləndirlir. Lakin məsələnin başqa tərəfi də var. Ermənistanın ictimai-siyasi xadimləri bəyanatın Ermənistan üçün hüquqi öhdəliklər yaratmadığını bildirirlər.

“Üçtərəfli bəyanat beynəlxalq müqavilə deyil və Ermənistan üçün hüquqi öhdəliklər yaratmır”, – hüquq elmləri doktoru, professor Artur Qambaryan bildirir.

Onun sözlərinə görə, bəyanatın 9-cu maddəsi Ermənistan ərazisinin dəyişdirilməsinə aiddir ki, bu da hüquqi baxımdan müstəqillik bəyannamasənin 2-ci, konstitusiyanın 1-ci, 205-ci maddənin isə 1-c hissəsinə ziddir.

“Üçüncüsü, unutmayın ki, Ermənistanın istiqlal bəyannaməsi Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR və Dağlıq Qarabağın birləşməsi haqqında” birgə qərarına əsaslanır.

Konstitusiya Məhkəməsinin belə bir qərarı bizim üçün deyil, tam hüquqlu suverenliyi əldə etmək üçün gələcək nəsilə lazımdır”, – deyə o əlavə edib.

Ermənistan ictimai-siyasi mühitində müzakirələrin bu istiqamətdə getməsi, yəni, Azərbaycanın ərazi bütövlüyünün şübhə altına alınması, torpaq iddialarının davam etdirilməsi erməni tərəfin üçtərəfli bəyanata əməl edəcəyinə şübhə yaradır.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists