Dünya

Ermənistanda tələbələr və müəllimlər etiraza çağırıldı

Ermənistanda Paşinyan hakimiyyətinə qarşı etirazlar səngimək bilmir. 

Savash.org xəbər verir ki, bu gün “Yaşıl Gələcək” ekomühafizə hərəkatının rəhbəri Vaaqna Varaqyan Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin binası qarşısında saxlanılıb.

Polislər Varaqyanı saxlayan zaman o qışqıraraq “Bu polislər satqın Nikolun satqınlarıdır” deyib.

Etirazçılardan biri isə jurnalistlərə bildirib ki, sadəcə nazirə sual vermək üçün gəliblər: “Hər hansı qeyri-qanuni hərəkət etməmişik. Sadəcə nazirə sual vermək üçün gəlmişik. Varaqyan da həbs olunarkən sadəcə suallarının olduğunu bildirdi”.

Polislər səsgücləndirici vasitəsi ilə hərbi vəziyyət dövründə kütləvi tədbirlərin keçirilməsinin qadağan olduğunu elan edərək aksiyanı dağıdıblar.

Varaqyan sosial şəbəkədə etiraz aksiyası keçirəcəyini bildirmişdi. “Sabah saat 14:00-da Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin qarşısına gedəcəyik. Araik Arutyunyan isti kabinetindən çıxıb cavab verməlidir ki, Nikolun imzaladığı xain sənədi dəstəkləyirmi? Super nazir bizə niyə susduğunu izah etməlidir? Əleyhinədirsə, onda niyə hələ də nazir postundadır, niyə istefa etmir? Hörmətli müəllimlər və tələbələr, bizə qoşulun”, – deyə o bəyan etmişdi.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists