Dünya

İŞİD-in növbəti gəlir yeri -orqan ticarəti

İŞİD-in növbəti gəlir yeri -orqan ticarətiİŞİD-in orqan ticarəti ilə məşğul olduğu iddia edilib.

Musavat.com-un məlumatına görə, bu barədə İraqın BMT səfiri Məhəmməd Əlhakim məlumat verib. Məhəmməd Əlhakim bildirib ki, yeni tapılan kütləvi məzarlıqda daxili orqanları çıxarılmış cəsətlər aşkarlanıb.

İraqlı diplomat deyib: “Cəsədlər əlimizdədir. Gəlib araşdıra bilərsiniz. Daxili orqanların çıxarıldığı açıq-aşkar görünür”. Diplomat həmçinin qeyd edib ki, Mosulda daxili orqanları çıxarmaqdan imtina edən 10-dan çox həkim edam edilib

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button