Dünya
Ukrayna ordusu itki verdi: 22 ölü, 150 yaralı
Ukrayna ordusunun Baş komandanlığı bəyan edib ki, son günlər Debaltsevo şəhəri ətrafında gedən döyüşlərdə 22 hərbçi ölüb, 150 nəfər xəsarət alıb.
Teleqraf.com-un “İnterfaks”-a istinadən verdiyi məlumata görə, bu barədə Donbasdakı antiterror əməliyyatının mətbuat xidməti açıqlama yayıb.
Qeyd olunur ki, hazırda Debaltsevodan 2 459 hərbi qulluqçu, həmçinin 200 ədəd texnika, o cümlədən 15 tank və 50 piyadaların zirehli maşını çıxarılıb.