Dünya

Türkiyədə həftəsonu küçəyə çıxmaq qadağan edilib

Türkiyədə yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri sərtləşdirilib. 

Savash.org xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nazirlərlə birgə keçirdiyi növbəti iclasdan sonrakı çıxışında bildirib.

Prezident deyib ki, COVİD-19 infeksiyasına yoluxma sayı ölkə boyu artdığına görə, mübarizə tədbirlərilə əlaqədar bu həftənin şənbə və bazar günlərindən başlayaraq (saat 10.00-dan 20.00-dək xaric) həftəsonu küçəyə çıxma məhdudiyyəti tətbiq olunacaq.

Bundan başqa, ölkədə yaşı 65-dən yuxarı və 20-dən aşağı olanların  həftənin bütün günləri (saat 10.00-20.00 xaric) küçəyə çıxmaları qadağan ediləcək. Ticarət mərkəzləri, mağazalar, qadın və kişi bərbərxanalarının saat 10.00-dan 20.00-dək fəaliyyət göstərməsinə icazə veriləcək.

Ərdoğan müvəqqəti olaraq kafe və restoranlarda yalnız paket servisinin xidmət göstəriləcəyini, kitabxana, kinoteatrlar və futzal, voleybol meydançalarının fəaliyyətlərinin dayandırılacağını, əsas küçə və meydanlarda siqaret çəkmək qadağasının davam edəcəyini, idman oyunlarının tamaşaçısız keçiriləcəyini bildirib. 

Prezident Türkiyədə məktəblərin də ilin sonunadək qapalı olacağını, təhsilin distant formada onlayn davam edəcəyini deyib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists